META Uşaq Endokrin Mərkəzinin mütəxəssisləri uşaq endokrinologiyası sahəsində dünyanın aparıcı elmi platformalarından biri olan ESPE – European Society for Paediatric Endocrinology çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak etmiş, eyni zamanda konfrans çərçivəsində mərkəzimizdə apardığımız elmi işləri də təqdim ediblər.
İştirakın əsas məqsədi uşaq endokrinologiyasındakı müasir elmi yanaşmalar və yeniliklərlə tanış olmaq, beynəlxalq həmkarlarla təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri genişləndirmək olub. Belə beynəlxalq elmi tədbirlərdə iştirak mütəxəssislərin davamlı peşəkar inkişafına və əldə olunan müasir biliklərin klinik praktikaya inteqrasiyasına xidmət edir.