META-Uşaq Endokrin mərkəzi

META Uşaq Endokrin Mərkəzi uşaqlarda və yeniyetmələrdə endokrinoloji problemlərin qiymətləndirilməsi, erkən aşkarlanması və müvafiq tibbi yanaşmanın təmin olunması istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış mərkəzdir.
Mərkəzin fəaliyyətində uşaqların böyümə və fiziki inkişafının izlənilməsi, antropometrik göstəricilərin qiymətləndirilməsi, cinsi inkişafın yaşa uyğunluğunun müəyyən edilməsi və endokrinoloji xəstəliklərin erkən əlamətlərinin aşkarlanmasına xüsusi diqqət yetirilir.
 

META Uşaq Endokrin Mərkəzi klinik fəaliyyətlə yanaşı,
həkimlərin davamlı tibbi təhsili və peşəkar inkişafını da fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirir. Mərkəz uşaq endokrinologiyası üzrə praktiki təlimlər, seminarlar, elmi tədbirlər və müxtəlif maarifləndirici layihələrin həyata keçirilməsində iştirak edir.
Mərkəzin əsas məqsədi uşaqlara göstərilən endokrinoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və müasir tibbi biliklərin praktikaya tətbiqinə töhfə verməkdir.