Sosial pediatriya

  • META-nın fəaliyyət istiqamətlərindən biri də sosial pediatriya sahəsidir. Bu istiqamət uşağın sağlamlığına yalnız xəstəliklərin diaqnostika və müalicəsi prizmasından deyil, onun fiziki, psixoloji və sosial inkişafını birlikdə nəzərə alan kompleks yanaşma əsasında baxılmasını nəzərdə tutur.
  • Sosial pediatriya çərçivəsində əsas diqqət uşaqların sağlam böyüməsi və inkişafı, inkişaf problemlərinin erkən aşkarlanması, profilaktika, düzgün qidalanma, psixoloji rifah, ailələrin maarifləndirilməsi və xüsusi dəstəyə ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına yönəldilir.
  • Bu istiqamətdə META tərəfindən həyata keçirilən maarifləndirici proqramlar, valideyn və mütəxəssis təlimləri, uşaq inkişafına həsr olunmuş layihələr, konfrans və seminarlar tibbi biliklərin sosial dəstəklə birləşdirilməsinə xidmət edir.
  • Sosial pediatriya fəaliyyətinin əsas məqsədi uşağın sağlamlığını yalnız tibbi göstəricilərlə deyil, ailə, təhsil və sosial mühitlə qarşılıqlı əlaqədə qiymətləndirmək, risk qrupunda olan uşaqları erkən müəyyənləşdirmək və onların sağlam inkişafına dəstək verməkdir.