Medical Education and Training Academy (META) MMC tibb sahəsində dövlət və özəl sektorları ilə birlikdə vətəndaşların maarifləndirilməsi məqsədilə ilə seminarlar, təlimlər, məsləhət xidmətləri və layihələr həyata keçirir. Bundan əlavə olaraq, Azərbaycan Respublikasının bir çox regionlarında həkim və tibb işçilərinin biliklərinin təkmilləşdirməsi istiqamətində tədbirlər həyata keçirməkdədir. “META Uşaq endokrin mərkəzi” 2022-ci ilin mart ayında tə- sis edilmişdir. Mərkəzimizdə bütün endokrinoloji xəstəliklərinin araşdırılması, endokrinoloji testlərin aparılması, müayinə və müalicəsinin təşkil edilməsi üçün təcrübəli mütəxəssislər fəaliyyət göstərməktədir. Eyni zamanda ölkəmizdə uşaq endokrinologiyasının inkişafına dəstək üçün elmi araşdırmalar, sosial layihələr, həkimlərin və valideynlərin maarifləndirilməsi üçün toplantılar, seminarlar, konfranslar təşkil edilməktədir. Gənc həkimlər üçün praktiki kurslar, ailələr üçün maarifləndirici dərslər (ana məktəbi), online webinarlar, həkimlər üçün tibbi mövzularda elmi kitablar, ailələr üçün məlumatlandırıcı kitabçaların hazırlanması da bu sahədə tam və hərtərəfli xidmət vermək üçün fəaliyyətlərimizə daxildir.
Hədəfimiz
Ölkəmizdə tibblə əlaqədar bütün sahələrə, xüsusilə praktiki həkimliyin ümumi səviyyəsini daha da təkmilləşdirmək, həkimlərimizin və səhiyyəmizin dünya elminə inteqrasiyasına dəstək verməkdir.
Məqsədimiz
Ölkəmiz adına faydalı işlər görərək dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır.