Tibbi Layihələr

META Medical Education & Training Academy səhiyyə və tibbi təhsilin inkişafına töhfə vermək məqsədilə müxtəlif istiqamətlər üzrə tibbi layihələrin hazırlanması həyata keçirilməsi ilə məşğuldur.
Layihələr həkim və digər tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, müasir tibbi yanaşmaların praktikaya inteqrasiyası, əhalinin sağlamlıq mövzularında maarifləndirilməsi və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilir. META bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edir.
META-nın layihələri çərçivəsində təlim və seminarlar, elmi-praktik tədbirlər, pediatrik və digər ixtisaslaşmış proqramlar, eləcə də səhiyyənin konkret ehtiyaclarına uyğun maarifləndirici və inkişaf layihələri həyata keçirilir.
Əsas məqsəd elmi biliklə klinik praktika arasında əlaqəni gücləndirmək, davamlı tibbi təhsili dəstəkləmək səhiyyə sahəsində dayanıqlı inkişaf yaradan layihələr formalaşdırmaqdır.