META Valideyn klubu

  • META Valideyn Klubu valideynlərin uşaqların sağlamlığı, inkişafı və düzgün qayğısı ilə bağlı elmi əsaslı və etibarlı məlumatlara çıxışını artırmaq məqsədilə yaradılmış maarifləndirici platformadır.
  • Klub çərçivəsində pediatriya və uşaq sağlamlığının müxtəlif istiqamətləri üzrə mütəxəssislərlə görüşlər, seminarlar və maarifləndirici tədbirlər təşkil olunur. META-nın əvvəlki fəaliyyətləri də uşaqların düzgün qidalanması, peyvəndlər, inkişaf problemləri və digər pediatrik mövzularda valideynlərin məlumatlandırılmasını əhatə edib.
  • META Valideyn Klubunun əsas məqsədi valideynlərlə həkimlər arasında düzgün kommunikasiya mühiti yaratmaq, uşaqların sağlamlığı ilə bağlı aktual suallara mütəxəssis yanaşması təqdim etmək və valideynlərin tibbi maarifləndirilməsinə töhfə verməkdir.
  • Klub valideynlərin yalnız problem yarandıqda deyil, uşağın sağlam böyüməsi inkişafının bütün mərhələlərində düzgün və məlumatlı qərarlar verməsinə dəstək olmağı hədəfləyir.