META Uşaq Endokrin Mərkəzinin Klinik Observership Proqramı uşaq endokrinologiyası sahəsində bilik və klinik təcrübəsini inkişaf etdirmək istəyən həkimlər üçün nəzərdə tutulmuş müşahidə əsaslı təhsil proqramıdır.
Proqram çərçivəsində iştirakçılar mütəxəssislərin gündəlik klinik fəaliyyətini müşahidə etmək, pasiyentlərə yanaşma prinsipləri, anamnezin toplanması, fiziki inkişafın qiymətləndirilməsi, diaqnostik müayinələrin seçilməsi və nəticələrin interpretasiyası ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Observership zamanı boy və çəki problemləri, böyümə və pubertat pozuntuları, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet və digər endokrinoloji problemlərə klinik yanaşmanın praktik nümunələr üzərindən öyrənilməsinə şərait yaradılır.
Proqramın əsas məqsədi nəzəri tibbi biliklə real klinik praktika arasında əlaqəni gücləndirmək, klinik düşünmə və qərarvermə bacarıqlarının inkişafına dəstək olmaq və həkimlər arasında peşəkar təcrübə mübadiləsi üçün mühit yaratmaqdır.