META Medical Education & Training Academy elmi fəaliyyətlə məşğul olmaq və tibbi tədqiqat sahəsində təcrübə qazanmaq istəyən gənc həkimlər üçün elmi araşdırma proqramı həyata keçirir.
Proqramın məqsədi gənc həkimlərin elmi tədqiqat prosesinə cəlb olunmasına, tədqiqat mövzusunun formalaşdırılmasından məlumatların toplanması və təhlilinə, nəticələrin elmi şəkildə təqdim edilməsinə qədər araşdırmanın müxtəlif mərhələlərində təcrübə qazanmalarına şərait yaratmaqdır.
Bu təşəbbüs gənc mütəxəssislərdə elmi düşüncə və tədqiqat mədəniyyətinin formalaşdırılmasına, klinik müşahidələrin elmi araşdırmaya çevrilməsinə və gələcək elmi fəaliyyət üçün zəruri bacarıqların inkişaf etdirilməsinə xidmət edir.
META bu proqram vasitəsilə klinik fəaliyyətlə elmi araşdırma arasında əlaqənin gücləndirilməsini və tibbdə elmi fəaliyyətə maraq göstərən yeni nəsil həkimlərin dəstəklənməsini hədəfləyir.