“Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri” – klinik protokollar
META Uşaq Endokrin Mərkəzinin elmi-metodik fəaliyyəti çərçivəsində hazırlanmış nəşrlərdən biri “Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri – Pediatrlar üçün kliniki protokollar” kitabıdır.
Nəşrin müəllifləri N.A. Ağayeva, L.B. Sultanova və A.S. Əkbərzadədir. Kitab pediatrların praktik fəaliyyətində istifadə üçün nəzərdə tutulmuş klinik-metodik vəsait kimi hazırlanıb.
Bu nəşr META-nın yalnız təlim və maarifləndirmə deyil, eyni zamanda pediatriya və uşaq endokrinologiyası sahəsində elmi-metodik materialların hazırlanması və klinik biliklərin praktik səhiyyəyə ötürülməsi istiqamətində fəaliyyətini əks etdirir.