“MetAnaliz” tibbi maarifləndirici jurnalı

META-nın elmi və maarifləndirici fəaliyyətinin yeni istiqamətlərindən biri MetAnaliztibbi maarifləndirici jurnalının nəşridir. Jurnalın ilk sayı 2026-cı ildə hazırlanıb.
“MetAnaliz”in əsas məqsədi tibb sağlamlıqla bağlı elmi məlumatların mütəxəssislərlə yanaşı geniş ictimaiyyət üçün anlaşıqlı praktik formada təqdim edilməsi, profilaktik yanaşmanın və sağlamlıq savadlılığının təşviqidir.
Jurnalda uşaq sağlamlığı inkişafı, hormonal sistemin uşaq inkişafındakı rolu, erkən diaqnostika inkişaf testləri, psixoloji sağlamlıq, profilaktika, uşaqlarda qidalanma, vitamin balansı qida ingredientləri kimi aktual mövzulara yer verilir.
Nəşr META, Azərbaycan Pediatriya Cəmiyyəti, Sağlam Ailə META Uşaq Endokrin Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. “MetAnaliz” elmi biliklərin cəmiyyətə çatdırılması və tibbi maarifləndirmənin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.