META Medical Education & Training Academy-nin elmi və maarifləndirici fəaliyyətinin istiqamətlərindən biri də tibbi biliklərin praktik istifadəyə uyğun elmi-metodik nəşrlər şəklində hazırlanmasıdır.
Bu istiqamətdə hazırlanmış nəşrlərdən biri “Diabetlilərin stolüstü kitabı”dır. Kitab A.S. Əkbərzadə, L.B. Sultanova, N.A. Ağayeva, A.H. Əliyeva, A.X. Musayeva, G.H. Hacızadə, Ş.Ç. Məmmədova və H.H. Məmmədovanın müəllifliyi ilə hazırlanıb.
Nəşr META Uşaq Endokrin Mərkəzinin fəaliyyəti çərçivəsində hazırlanmış pasiyent maarifləndirilməsinə yönəlmiş tibbi-metodik vəsaitdir. Bu tip nəşrlərin hazırlanmasında məqsəd elmi və tibbi məlumatların praktik istifadəyə uyğunlaşdırılması, pasiyent və ailələrin sağlamlıq savadlılığının artırılması, eləcə də xəstəliklərin idarə olunmasında düzgün məlumatlandırmanın dəstəklənməsidir.