META-nın elmi və maarifləndirici fəaliyyətinin yeni istiqamətlərindən biri “MetAnaliz” tibbi maarifləndirici jurnalının nəşridir. Jurnalın ilk sayı 2026-cı ildə hazırlanıb.
“MetAnaliz”in əsas məqsədi tibb və sağlamlıqla bağlı elmi məlumatların mütəxəssislərlə yanaşı geniş ictimaiyyət üçün də anlaşıqlı və praktik formada təqdim edilməsi, profilaktik yanaşmanın və sağlamlıq savadlılığının təşviqidir.
Jurnalda uşaq sağlamlığı və inkişafı, hormonal sistemin uşaq inkişafındakı rolu, erkən diaqnostika və inkişaf testləri, psixoloji sağlamlıq, profilaktika, uşaqlarda qidalanma, vitamin balansı və qida ingredientləri kimi aktual mövzulara yer verilir.
Nəşr META, Azərbaycan Pediatriya Cəmiyyəti, Sağlam Ailə və META Uşaq Endokrin Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. “MetAnaliz” elmi biliklərin cəmiyyətə çatdırılması və tibbi maarifləndirmənin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.