Metamorfoz TV proqramı

“METAMORFOZ” META Medical Education & Training Academy-nin maarifləndirici media layihələrindən biri olaraq, müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə hazırlanmış televiziya proqramıdır. Layihənin əsas məqsədi sağlamlıq, uşaq inkişafı, təhsil, psixologiya sosial mövzularda elmi peşəkar məlumatların cəmiyyət üçün sadə anlaşıqlı formada təqdim edilməsi olub.
Proqramın buraxılışlarında pediatrlar, müxtəlif ixtisaslı həkimlər, psixoloqlar, pedaqoqlar, dil və təhsil mütəxəssisləri, eləcə də digər sahələrin ekspertləri qonaq qismində iştirak ediblər. Müzakirələrdə uşaq sağlamlığı inkişafı, autizm spektr pozuntusu, diqqət əskikliyi hiperaktivlik, yeniyetmələrin cinsi inkişafı, uşaq qidalanması, infeksion xəstəliklər, genetik problemlər, psixoloji davranış məsələləri, tərbiyə, məktəbəqədər ümumi təhsil kimi mövzular əhatə olunub.
“METAMORFOZ” yalnız tibbi mövzularla məhdudlaşmayaraq, təhsil, dil, peşə seçimi, ailə sosial münasibətlər, texnologiya cəmiyyət üçün aktual digər məsələlərə də yer verib. Verilişlərdə mütəxəssislərin elmi-praktik yanaşmaları geniş auditoriyanın başa düşə biləcəyi formada təqdim olunub.
Proqram çərçivəsində hazırlanmış müsahibə və müzakirələrdən seçilmiş hissələr ayrıca qısa maarifləndirici videolar şəklində də yayımlanıb. Beləliklə, “METAMORFOZ” META-nın təhsil fəaliyyətini daha geniş auditoriyaya çatdıran, mütəxəssiscəmiyyət əlaqəsini gücləndirən etibarlı məlumatın əlçatanlığını artırmağa yönələn maarifləndirici media platforması funksiyasını yerinə yetirib.