META Dayə

  • META Medical Education & Training Academy tərəfindən Dayəlik uşaq tərbiyəçiliyiüzrə ödənişsiz peşə təlim proqramı təşkil edilib. Proqramın məqsədi uşaqlarla işləyən şəxslərin peşəkar hazırlığının artırılması, müasir uşaq baxımı və tərbiyəsi üzrə nəzəri bilik və praktik bacarıqlarının formalaşdırılması olub.
  • Təlim proqramında uşağın yaş inkişaf xüsusiyyətləri, gündəlik qulluq təhlükəsizlik, uşaqlarla düzgün ünsiyyət, inkişafın dəstəklənməsi, davranış tərbiyə prinsipləri, xüsusi inkişaf ehtiyaclarının tanınması uşaqlarla praktik üsulları kimi istiqamətlərə yer verilib. Tədris yalnız nəzəri məşğələlərlə məhdudlaşmayıb, iştirakçılar üçün praktik məşğələlər uşaqlarla real mühitində təcrübə də təşkil olunub.
  • Proqram çərçivəsində iştirakçıların əldə etdikləri bilik və bacarıqların praktik tətbiqinə xüsusi diqqət yetirilib. Təlimlərdə təqdimatlar, qrup işi, situasiya tapşırıqları və müxtəlif praktik metodlardan istifadə olunub.
  • Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. “META Dayə” layihəsi peşəkar dayə və uşaq tərbiyəçilərinin hazırlanmasına, onların məşğulluq imkanlarının genişləndirilməsinə və uşaqlara göstərilən qulluq və inkişaf xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş META-nın sosial və təhsil layihələrindən biri olub.