Diabet düşərgəsi Cırtdan 2022- Şüvəlan

  • CırtdanDiabet Düşərgəsi 2022-ci ildə Şüvəlanda şəkərli diabetlə yaşayan uşaqlar üçün təşkil edilmiş tibbi-maarifləndirici və sosial layihədir. Uşaq diabet düşərgələrinin təşkili META-nın Diabet Liqası, Gənclər və İdman Nazirliyi ilə həyata keçirdiyi fəaliyyətlər sırasında yer alır.
  • Düşərgənin əsas məqsədi diabetli uşaqların gündəlik həyatda xəstəliyin idarə olunması ilə bağlı bilik və bacarıqlarının artırılması, onların daha sərbəst və özünəinamlı olmalarına dəstək göstərilməsi, həmçinin həmyaşıdları ilə ünsiyyət və sosiallaşmaları üçün uyğun mühitin yaradılması olub.
  • Düşərgə uşaqlar üçün yalnız tibbi maarifləndirmə deyil, eyni zamanda öyrənmə, ünsiyyət, əyləncə birlik mühiti yaratmağa xidmət edib. Müxtəlif fəaliyyətlər vasitəsilə uşaqların diabetlə yaşamağa adaptasiyasının və öz sağlamlıqlarının idarə edilməsində daha fəal iştirakının təşviq edilməsi layihənin əsas istiqamətlərindən olub.
  • CırtdanDiabet Düşərgəsi diabetli uşaqların tibbi biliklərinin artırılması ilə yanaşı, onların psixososial rifahının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə yönəlmiş təşəbbüs kimi həyata keçirilmiş, gözəl anlar, xoş xatirələrlə yadda qalmışdır.