META ValideynKlubu valideynlərin uşaqların sağlamlığı, inkişafı və düzgün qayğısı ilə bağlı elmi əsaslı və etibarlı məlumatlara çıxışını artırmaq məqsədilə yaradılmış maarifləndirici platformadır.
Klub çərçivəsində pediatriya və uşaq sağlamlığının müxtəlif istiqamətləri üzrə mütəxəssislərlə görüşlər, seminarlar və maarifləndirici tədbirlər təşkil olunur. META-nın əvvəlki fəaliyyətləri də uşaqların düzgün qidalanması, peyvəndlər, inkişaf problemləri və digər pediatrik mövzularda valideynlərin məlumatlandırılmasını əhatə edib.
META ValideynKlubununəsasməqsədi valideynlərlə həkimlər arasında düzgün kommunikasiya mühiti yaratmaq, uşaqların sağlamlığı ilə bağlı aktual suallara mütəxəssis yanaşması təqdim etmək və valideynlərin tibbi maarifləndirilməsinə töhfə verməkdir.
Klub valideynlərin yalnız problem yarandıqda deyil, uşağın sağlamböyüməsivəinkişafınınbütünmərhələlərində düzgün və məlumatlı qərarlar verməsinə dəstək olmağı hədəfləyir.