Tibbi statistika xidməti

META Uşaq Endokrin Mərkəzi tibbi və elmi fəaliyyətlərin planlaşdırılması və nəticələrinin düzgün qiymətləndirilməsi məqsədilə tibbi statistika xidməti təqdim edir.
Xidmət çərçivəsində tibbi məlumatların sistemləşdirilməsi, statistik təhlili, nəticələrin cədvəl və qrafiklərlə təqdim edilməsi, elmi tədqiqat və layihələr üzrə statistik göstəricilərin işlənməsi həyata keçirilir.
Tibbi statistika xidməti elmi məqalələr, tədqiqatlar, dissertasiya işləri tibbi layihələr üzrə məlumatların düzgün təhlilinə, nəticələrin elmi əsaslarla interpretasiyasına və təqdimata hazırlanmasına dəstək göstərir.
Məqsəd tibbi məlumatların etibarlı statistik metodlarla təhlil edilməsinə və əldə olunan nəticələrin elmi və praktik qərarların qəbulunda səmərəli istifadəsinə kömək etməkdir.