META Medical Education & Training Academy tibbi təhsil və elmi fəaliyyətin inkişafına dəstək məqsədilə müxtəlif istiqamətlər üzrə tibbi ədəbiyyatların hazırlanması sahəsində fəaliyyət göstərir.
Bu fəaliyyət çərçivəsində tibbi tədris materiallarının, metodik vəsaitlərin, təlim resurslarının və digər elmi-maarifləndirici materialların hazırlanması nəzərdə tutulur. Materialların elmi əsaslı, praktik istifadəyə uyğun və mütəxəssislər üçün anlaşıqlı şəkildə təqdim edilməsinə xüsusi diqqət yetirilir.
Tibbi ədəbiyyatların hazırlanması META-nın həkimlərin, rezidentlərin və tibb tələbələrinin davamlı peşəkar inkişafına dəstək göstərmək, keyfiyyətli tibbi bilik və tədris resurslarına çıxışı genişləndirmək istiqamətində fəaliyyətinin bir hissəsidir.
Nəşrlərdən nümunələr:
1. Əkbərzadə A.S., Ağayeva N.A., Sultanova L.B., Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri: Pediatrlar üçün kliniki protokollar. Bakı: META Uşaq Endokrin Mərkəzi; 2023. ISBN: 978-9952-37-958-7.
2. Əkbərzadə AS, Sultanova LB, Ağayeva NA, Əliyeva AH, Musayeva AX, Hacızadə GH, Məmmədova ŞÇ, Məmmədova HH. Diabetlilərin stolüstü kitabı. Bakı2025
3. MetAnaliz – Tibbi maarifləndirici jurnal. Buraxılış №1. Bakı: Medical Education and Training Academy (META MMC); 29 mart 2026. ISSN: 3134-9021.