META Uşaq Endokrin Mərkəzində Klinik Observership Proqramı həyata keçirilir. Proqramın əsas məqsədi həkim və tibb mütəxəssislərinin uşaq endokrinologiyası sahəsində klinik biliklərini genişləndirmək, real klinik mühitdə müşahidə yolu ilə praktiki təcrübə qazanmalarına şərait yaratmaqdır.
Proqram çərçivəsində iştirakçılar uşaq endokrinologiyasında pasiyentlərin qiymətləndirilməsi, diaqnostik yanaşmalar, klinik qərarvermə prinsipləri və mütəxəssis fəaliyyətinin təşkili ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Klinik Observership Proqramı davamlı tibbi təhsilin dəstəklənməsinə, peşəkar təcrübə mübadiləsinə və uşaq endokrinologiyası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının inkişafına xidmət edir.