META Medical Education & Training Academy həkimlərin, rezidentlərin, tibb tələbələrinin və digər səhiyyə mütəxəssislərinin davamlı peşəkar inkişafını dəstəkləmək məqsədilə müxtəlif istiqamətlər üzrə tibbi təlim və kurslar təşkil edir.
Təlim proqramları nəzəri biliklərin yenilənməsi ilə yanaşı, klinik praktikada istifadə olunan müasir yanaşmaların mənimsənilməsinə və iştirakçıların praktik bacarıqlarının inkişafına yönəldilir. META-nın fəaliyyəti çərçivəsində pediatriya, uşaq endokrinologiyası, diabet, neonatologiya, dietologiya və nutrisiologiya, radiologiya və digər tibbi istiqamətlər üzrə təlim və seminarlar həyata keçirilib.
Təlimlər müxtəlif peşəkar səviyyələrə uyğun təşkil olunur və tibb tələbələri, rezidentlər və həkimləri əhatə edir.
Əsas məqsəd müasir tibbi biliklərin praktikaya ötürülməsi, klinik düşünmə və peşəkar bacarıqların inkişaf etdirilməsi, davamlı tibbi təhsilin əlçatanlığının artırılmasıdır.