Haqqımızda

Medical Education and Training Academy

Müasir dövrdə dünyada bütün sahələrdə olduğu kimi tibb sahəsində də elmi məlumatların günü gündən təkmilləşməsi ciddi rəqabət əmələ gətirmişdir. Bu səbəbdən ölkəmizdə tibb sahəsində davamlı təhsil və maariflənmə ciddi əhəmiyyət kəsb etməkdədir.

Medical Education and Training Academy (META) MMC tibb sahəsində dövlət və özəl sektorları ilə birlikdə vətəndaşların maarifləndirilməsi məqsədilə ilə seminarlar, təlimlər, məsləhət xidmətləri və layihələr həyata keçirir. Bundan əlavə olaraq, Azərbaycan Respublikasının bir çox regionlarında həkim və tibb işçilərinin biliklərinin təkmilləşdirməsi istiqamətində tədbirlər həyata keçirməkdədir.

“META Uşaq endokrin mərkəzi” 2022-ci ilin mart ayında tə- sis edilmişdir. Mərkəzimizdə bütün endokrinoloji xəstəliklərinin araşdırılması, endokrinoloji testlərin aparılması, müayinə və müalicəsinin təşkil edilməsi üçün təcrübəli mütəxəssislər fəaliyyət göstərməktədir. Eyni zamanda ölkəmizdə uşaq endokrinologiyasının inkişafına dəstək üçün elmi araşdırmalar, sosial layihələr, həkimlərin və valideynlərin maarifləndirilməsi üçün toplantılar, seminarlar, konfranslar təşkil edilməktədir. Gənc həkimlər üçün praktiki kurslar, ailələr üçün maarifləndirici dərslər (ana məktəbi), online webinarlar, həkimlər üçün tibbi mövzularda elmi kitablar, ailələr üçün məlumatlandırıcı kitabçaların hazırlanması da bu sahədə tam və hərtərəfli xidmət vermək üçün fəaliyyətlərimizə daxildir.

Hədəfimiz ölkəmizdə tibblə əlaqədar bütün sahələrə, xüsusilə praktiki həkimliyin ümumi səviyyəsini daha da təkmilləşdirmək, həkimlərimizin və səhiyyəmizin dünya elminə inteqrasiyasına dəstək verməkdir.

Məqsədimiz ölkəmiz adına faydalı işlər görərək dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır.

MƏRKƏZİN QURULMASININ MƏQSƏDİ

1. Həkimlərə və tibb universiteti tələbələrinə davamlı tibbi təhsilinin təşkili

2. Tibb sahəsində aparılan elmi fəaliyyətlərə dəstək vermək.

3. Müəssisə və təşkilatlar üçün təlimlər və məsləhət xidmətləri təşkil etmək.

4. Xəstəxana və digər tibb müəssisələrinə konsaltinq xidmətinin verilməsi

5. Yerli və xarici şirkətlərlə birgə layihələr həyata keçirmək.

6. Silsilə şəklində hər ay peşəkar seminarlar həyata keçirmək.

7. Əhaliyə keyfiyyətli tibbi xidmətlərin təqdim olunması (tibbi asistant, tibbi turizm, evdə baxım xidmətləri və s.).

8. Əhalinin sağlamlığı üçün professional kadrların hazırlanması (dayə, tərbiyəçi, tibb bacısı, həkim və s.)

9. Tibb işçilərinin xarici dil biliklərinin təkmilləşdirilməsi