Fəaliyyət istiqamətləri

1

Qlobal bazara çıxışa dəstək

 İdxal və ixrac əməliyyatlarının təşkil edilməsi, beynəlxalq
ticarət əlaqələrinin qurulması və möhkəmləndirilməsi

2

Rəqəmsal idarəetməyə keçid

Müəssisələrin müasir texnoloji həllərdən istifadə etməsi
üçün ERP, CRM və digər rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və optimallaşdırılması

3

Elektron ticarət

Elektron ticarət platformalarının qurulması, əməliyyatların düzgün və
təhlükəsiz şəkildə idarə edilməsi, onlayn satışın artırılması

4

Brendin yaradılması və inkişafı

Yeni brendin qurulması, rebrendinq və mövcud
brendlərin bazarda daha da gücləndirilməsi

5

Rəqəmsal marketinq

Sosial media, SEO, SEM, e-mail marketinq və digər rəqəmsal
marketinq kanallarından istifadə edərək, bizneslərin onlayn mövcudluğunu artırmaq

6

Bazar araşdırmaları

Yerli və xarici bazarların təhlili, sahibkarlar üçün yeni bazar
imkanlarının aşkar edilməsi

7

Biznes planı hazırlanması

Sahibkarlara biznes strategiyalarını müəyyənləşdirmək və
onların gəlirliyini artırmaq məqsədilə professional biznes planlarının hazırlanması

8

Sosial fəaliyyətlər

Sahibkarlıq sahəsində regional fəaliyyətləri dəstəkləmək, müxtəlif
sosial tədbirlər, idman yarışları və təlimlər təşkil etmək

9

Dizayn xidmətləri

Korporativ dizayn, qrafik dizayn, veb dizayn və digər vizual
kommunikasiya xidmətləri

10

Təlim və məsləhət xidmətləri

Sahibkarlara fərdi və qrup şəklində təlimlər keçmək,
onların biznes bacarıqlarını artırmaq və müvafiq sahələr üzrə məsləhətlər təqdim etmək

11

Tədbirlərin təşkili

Konfranslar, seminarlar, sərgilər və digər biznes tədbirlərinin təşkil
edilməsi

12

Beynəlxalq forumlarda iştirak

Sahibkarlara beynəlxalq tədbirlərdə iştirak etməyi təşviq
etmək, beynəlxalq əlaqələr qurmaq və yeni tərəfdaşlar tapmaq

13

ISO standartlarına uyğun idarəetmə

Müəssisələrin beynəlxalq keyfiyyət standartlarına
uyğun idarəetmə sistemləri qurulması və sertifikatlaşdırma

14

Maliyyə xidmətləri

Vergi, maliyyə, mühasibatlıq və audit xidmətləri ilə sahibkarlara
maliyyə sahəsində dəstək verilməsi

15

İnvestisiya cəlb edilməsi

Sahibkarlara müvafiq sahələrdə investisiya cəlb etməyi
dəstəkləmək və potensial investorlarla əlaqələr qurmaq

16

İnsan resursları

Effektiv işçi qüvvəsinin cəlb edilməsi, müvafiq işçi təlimləri və inkişaf
proqramlarının təşkil edilməsi

17

Kargüzarlıq xidmətləri

Müxtəlif idarəetmə və inzibati xidmətlər təqdim etmək

18

İstehsalat Sistemlərində planlama

Resursların optimal şəkildə idarə edilməsi və məhsulun vaxtında, keyfiyyətli və səmərəli şəkildə istehsal edilməsini təmin etmək